Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi paytaxtdan rayonlara işləyən avtobuslara xüsusi qadağa tətbiq edib. Bu barədə redaksiyamıza sürücülər məlumat verib.
“Rayona gedərkən yolda hansısa kafenin qarşısında saxlayırıq. Həm özümüz çörək yeyirik, həm də sərnişinlər. Amma indi bizə bildiriblər ki, hər kafenin qarşısında saxlaya bilməzsiz. Özləri bizə siyahı veriblər ki, yalnız bu kafelərdə dayanın”, – deyə sürücülər bildirib.