Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib. Müraciətdə deyilir ki, vəkilin Əfqan Muxtarlı ilə görüşə gedərkən cəzaçəkmə müəssisəsində qanunsuz axtarışa və zorakılığa məruz qaldığı barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Bildirilib ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.
Related Posts
Ekspert: “Baş Prokurorluq senzorluq etməməlidir”
Azərbaycan paytaxtı Bakıda son günlər müxtəlif etiraz aksiyalarını işıqlandıran reportyorların kameralarının, telefonlarının əlindən alındığı, fiziki təzyiqlərə məruz qaldıqları ilə bağlı…
Əli Kərimlidən İlham Əliyevə sərt suallar VİDEO
Azadlıq qəzetinin növbəti müsahibi AXCP sədri Əli Kərimli olub. Əməkdaşımız Natiq Ədilovun aldığı müsahibə qəzetin feysbuk səhifəsində canlı yayımlanıb.
İran prezidenti 16 ildən sonra Fransaya gedir
Gələn həftə Fransanın iş adamları yüz nəfərlik heyətlə İrana səfər edəcək. Bu haqda İran KİV-i məlumat yayıb. Fransa Xarici İşlər…