Paşinyanın hökumətinə qarşı çıxan partiya liderlərinin evlərində axtarış keçirilib

Ermənistanda hüquq-mühafizə orqanları martın 29-da səhər saatlarından Milli Demokratik Alyans (MDA) partiyası liderlərinin və tərəfdarlarının evlərində və ofislərində axtarış aparır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu axtarışlar, belə görünür, ötən bazar günü Nor Nork rayonu polis idarəsində baş vermiş insidentlə bağlıdır.

Hakimiyətin “terrorçu insident” adlandırdığı bu hadisə zamanı MDA-nın üç tərəfdarı polis məntəqəsinə silahlı müdaxiləyə cəhd etdiyi xəbər verilirdi.

Yerevanın Nor Nork rayonunda polis idarəsinə hücum edənlər martın 24-də qurumun kandarında əl qumbarası partlatmışdılar.

Onlardan ikisi partlayışdan yaralanmış, Stepan Hovakimyan adlı üçüncü şəxs əlindəki qumbaranı partladacağı ilə hədələsə də təhlükəsizlik qüvvələrinə təslim olmuşdu.

Hazırda həmin şəxslər terrorçuluqda və qanunsuz silah qaçaqmalçılığında ittiham edilir.

Azadlıq radiosu