Almaniya partiyasını Kremlə xidmətdə ittiham edirlər

Almaniya hökumətini təşkil edən üç koalisiya partiyası parlamentdə xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bundestaqda Çexiya mediasında yayılmış informasiya müzakirə olunub.

Söhbət ilk növbədə Almaniya üçün Alternativ (AA) partiyasının Avropa Parlamentinə əsas namizədi Maksmilian Kradan və bu partiyadan olan ikinci namizəd Petr Bıstrondan gedirdi.

Hər iki populist siyasətçi Voice of Europe adlı platformada müsahibə vermişdilər.

Çexiya sözü gedən platformanı Kremlin maraqlarını yaymaqda şübhəli qurum kimi sanksiya siyahısına salıb.

Denik N qəzetinin verdiyi məlumata görə, belə görünür, Bıstron bu xidmətlərinə görə rusiyayönlü şəbəkədən pul alıb.

Rusiyaya “pullu-pulsuz” xidmət

Bundestaqdakı bütün başqa fraksiyalar da AA-nı “Rusiyaya yaxınlıqda və Almaniyanın maraqlarına xəyanətdə” ittiham ediblər.

Xristian Demokrat İttifaqı Partiyası fraksiyasının eksperti Kristof de Vris açıq bəyan edib ki, AA-nın bir çox deputatları pullu-pulsuz Rusiyaya xidmət edirlər.

Deputat vurğulayıb ki, bu millət vəkillərinin simasında “Putin Almaniyada özü üçün faydalı ipləmələr və icraçılar tapıb”.

Bıstron bu iclasda iştirak etmirdi. Bir çox çıxış edənlər təqsirsizlik prinsipinin mühümlüyünü vurğulasalar da, AA-nın Rusiyaya prinsipial yaxınlığından danışırdılar.

Azadlıq radiosu