Armen Qriqoryan: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya Bakıdan çox Moskvadan asılıdır

Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə eskalasiya Azərbaycandan daha çox Rusiyadan asılıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Bundan bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Rusiya telekanalına müsahibəsində demişdi ki, Ermənistan və Azərbaycan arasında yeni eskalasiya Ermənistanın Avropa İttifaqı və ABŞ-ın regiondakı vəziyyətə müdaxilə etməsinə nə dərəcədə imkan verməsindən asılı olacaq.

Azadlıq radiosu