İş adamlarının “soyulmasında” MTN-ə yardım edənlər kim olub?

mtn-rabiteQanunsuz hərəkətlərin həyata keçirilməsində iştirakı olan prokurorluq əməkdaşları və hakimlər nədənsə, yaddan çıxıb

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən həbslər bu qurumla yanaşı, bir sıra başqa dövlət strukturlarının da fəaliyyətinin araşdırılmasını gündəmə gətirir. Çünki ilkin araşdırmalar zamanı bəlli olub ki, milli təhlükəsizlik sisteminin əməkdaşları bu işləri təkbaşına həyata keçirməyiblər.

Məsələn, bu gün MTN əməkdaşları xeyli sahibkarları şantaj edib pullarını əllərindən almaqda, bu məqsədlə iş adamlarını hətta həbs edib, bir müddət saxlamaqda ittiham olunur. Amma nəzərə almaq lazımdır ki, şəxsin həbs olunması üçün cinayət işi başlanır, istintaq aparılır. Cinayət işinin başlanması isə prokurorluğun səlahiyyətindədir. Həmçinin istintaqa nəzarəti də prokurorluq həyata keçirir. Bundan başqa, saxlanılan şəxsin barəsində həbs qərarını məhkəmələr çıxarır.

Maraqlıdır ki, MTN ətrafında baş verənlər sahibkarların hüquqlarının müdafiəsi kimi qələmə verilsə də, onların başına oyun açılmasında iştirakı olan digər qurumların əməkdaşları nədənsə, kənarda saxlanılır. Hakimlər və prokurorluq əməkdaşları iş adamlarının başına açılan oyunlara görə cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

eyyub_kerim

Hüquqşünas Əyyub Kərimov deyir ki, hakimlərin çıxardığı hökmlər qüvvədədirsə, ləğv olunmayıbsa, onlar məsuliyyətə cəlb oluna bilməz. Yəni hakimin ədalətsiz hökm çıxarması  sübuta yetirilməyibsə, hakimi hansısa əsasla məsuliyyətə cəlb etmək mümkünsüzdür: “Bu məqamda ömürlük həbs cəzasına məhkum olunan, Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovu yada salmaq yerinə düşər. Zakir Nəsirov bildirmişdi ki, MTN-də dindirilərkən ondan nazir Ramil Usubovun əleyhinə ifadə istəyiblər.  Təbii ki, heç bir müstəntiq ona komanda verilməsəydi, belə bir ifadə istəyə bilməzdi. Lakin həmin ifadəni almaq mümkün olmadı və Zakir Nəsirov da ömürlük həbs cəzasına məhkum edildi. Onun düz və ya səhv məhkum olunmasını bir kənara qoysaq, reallıq budur ki, həmin hökmlər qüvvədədir. Həmin hökm qüvvədədirsə, Zakir Nəsirovu məhkum etmiş hakim barəsində necə ölçü götürülə bilər?! Həmin hökm ləğv olunsa, onda bu işə baxan hakimlərin məsuliyyət məsələsi gündəmə gələr”.

Əyyub Kərimov onu da qeyd edir ki, on ildə ölkədə bir hakim də hakim sifarişlə qanunsuz, ədalətsiz qərar, hökm çıxardığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb. məsuliyyətə cəlb olunmayıb.

Nigar