Rüstəm Kərimli rüşvət təcrübəsini Şəki İnzibati Məhkəməsində sədr kimi sürdürəcək ?!


Hakim Rüstəm Kərimlinin Sabunçu məhkəməsindən Şəki İnzibati Məhkəməsinə hakim və sədr təyin olunması məhkəmə hüquq sistemində islahatların imitasiya xarakteri daşıdığını ortaya qoyur. Bu başabəla hakim bir dəfə də olsun Sabunçu məhkəməsində işə çıxmayıb, Ədliyyə Nazirliyindəki tanışlarına rüşvət verməklə Bakı İnzibati məhkəməsində ezamiyyətdə olan hakim olub. Bu ezamiyyətin də rüşvət, korrupsiya ilə bağlı olması yaxşı məlumdur.
2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakimlik edəndə Nərimanov bələdiyyəsinə qarşı torpaq mübahisəsi ilə bağlı bu sətirlərin iddiasına gizlincə xitam verən Rüstəm Kərimlinin bu 15.10.2019 tarixli qərardadını Bakı Apellyasiya Məhkəməsi 05.03.2020 tarixli aktla ləğv edib və işi baxmağa Bakı İnzibati Məhkəməsinə göndərib. Anında rüşvət hakimi Sabunçu məhkəməsindən özünü Bakı İnzibati Məhkəməsinə ezam etdirib və… ləğv edilmiş işini icraatına götürüb 4 ildən çoxdur gizlədir. Hakimin ləğv edilmiş işini icraatına götürməsi bir özbaşınalıq, hələ üstəlik onu gizlətməsi Məhkəmə Hüquq Şurasının ( MHŞ) araşdırma predmeti olsa da, MHŞ da rüşvəti vəzifə borcundan üstün tutub. Rüstəm Kərimlinin Nərimanov bələdiyyəsindən götürdüyü öhdəlik mübahisə predmeti olan torpaq sahəsinin Nərimanov RİH, bələdiyyəsi, ƏMDX -nın ortaq korrupsiyası sonucunda satılmasına gətirib. Yenə də nə MHŞ, nə baş prokurorluq, nə hökumət açıq-aşkar korrupsiya faktına qiymət verməyib(lər). Məhkəmə korrupsiyasına baxın, 2-1(112)-5191/2020 saylı iş elektron məhkəmə sistemindən tamam yoxa çıxarılıb!(?) MHŞ məsləhətçisi Rübabə Əkbərova isə NK-dan, Baş prokurorluqdan gələn şikayətlərə cavab olaraq, yuxarı instansiyaya müraciət etməyi bildirir. Elə bu qeyri-prosessual ilginin sonucudur ki, Rüstəm Kərimli hazırda Bakı Apellyasiya Məhkəməsində hakimlik edən Şərafət Məmmədovanın 9 il qabaq Bakı Apellyasiya Məhkəməsinin 02.07.2015 tarixli aktla ləğv etdiyi 06.05.2015 tarixli qərardadına da yenidən baxılmamasını işə aid olmayan 18.12.2015 tarixli qərardadla saxtalaşdırıb. Rüşvətdən savadsızlıq o həddədir ki, 18.12.2015 tarixli qərardadla iddiaçının sənədlərin qaytarılması haqqında ərizəsi təmin olunduğundan, bu aktdan şikayət vermək hüququ olmadığı halda, Rüstəm Kərimli , MHŞ 9 ildən sonra apellyasiya şikayəti verməyin gec olmadığını bildirir.


Rüstəm Kərimlinin bu boyda korrupsiya faktlarında əli olduğu halda, məhkəmə sədri təyin olunması məhkəmə hüquq sistemində Konstitusiyanın yox, korrupsiyanın, qeyri-prosessual ilişginin qüvvədə olduğunu deməyə əsas verir. Yazıq Şəki bölgəsinin sakinlərinə!


Məğrur Bədəlsoy