Yerevan meriyası “Qarətə yox” təşəbbüs qrupunun Bagramian prospektində aksiya keçirməsinə icazə verməyib.
Amma fəallar bildiriblər ki, aksiya keçiriləcək və onun marşurutunu cümə günü xalqın özü həll edəcək.
Təşkilatçılardan biri Maksim Sargsian AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, biz yenidən küçələrə çıxacaq və vətəndaş itaətsizliyinin bütün üsullarına əl atacağıq.
Aksiyaçılar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edir və yeni tariflərin ləğvini tələb edirlər.