Bu il ərzində Azərbaycanda əhali arasında 251 qida zəhərlənməsi hadisəsi baş verib. Bu da 2015-ci ilin geridə qalan hər günündə orta hesabla 2 zəhərlənmənin baş verdiyi deməkdir.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, bu hadisələr nəticəsində ümumilikdə 315 nəfər zərər çəkib. Ötən 4 ay ərzində ölkədə 11 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 17 nəfər zəhərlənib. Bu zaman ərzində 1 nəfər botulizmdən dünyasını dəyişib və hadisə İsmayıllı rayonunda qeydə alınıb.
Yalnız bu ilin aprel ayında Azərbaycanda əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş verib.
Bu hadisələr nəticəsində ümumilikdə 63 nəfər zərər çəkib. Ötən ay ölkədə 1 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər zəhərlənib.