Fransa prezidenti Fransua Olland, Ukraynaya səfər öncəsi keçirdiyi mətbut konfransında danışıqların, diplomatik cəhdlərin sonsuza qədər davam etməsinin mümkünsüzlüyünü bildirib: “Hal-hazırda diplomatik savaşdayıq, amma bu savaş anidən bir döyüşə çevrilə bilər. Hazırda qarşımızda iki variant var: biz ya müttəfiqlərimizi silahlandırırıq, ya da diplomatiya və danışıqlar yolu ilə gedirik. Amma müzakirələr sonsuza qədər davam edə bilməz”, deyə Olland bildirib. Olland, yeni sülh danışıqlarında Ukraynanın ərazi bütövlüyünün əsas şərt olduğunu da bildirib.
azadliq.info