2008-ci ildə Pentaqonun analitik mərkəzlərindən birinin apardığı araşdırmada Rusiya prezidenti Vladimir Putinin Asperger sindromundan əziyyət çəkdiyi nəzəriyyəsi yer alıb. Araşdırmada Asperger sindromu «Putinin bütün qərarlarına təsir edən auditizm pozulması» kimi göstərilib.
ABŞ HDQ-nin hərbi kolecinin hərəkət tərzinin təhlilinə dair mütəxəssisi Brenda Konnors yazır ki, «Uşaq vaxtı Putinin əsəb sisteminin inkişafı əhəmiyyətli dərəcədə ləngiyib». Konnorsun fikrincə, Putinin hərəkətinin təhlili onun nevroloji pozulmanın olduğunu ortaya çıxarır.
Hesabatda deyilir ki, araşdırmaçılar Putinlə bağlı fərziyyəni sübut edə bilmir. Çünki onların Rusiya prezidentinin beynini tomoqrafiya etmək imkanı yoxdur. Əsas kimi yalnız autizm üzrə mütəxəssislərin rəylərinə istinad edirlər.
2008-ci ildə aparılan araşdırmada iddia olunur ki, Putində autizmin müəyyən forması mövcuddur.
Həm 2008, həm də 2011-ci illərdə aparılan araşdırmalarda qeyd olunur ki, Putinin fiziki çətinlikləri onun davranışını və qərar qəbul etmək üslubunu müəyyən edir.