Məhkəmədə gənclər son sözlərini deyiblər. Onlar əvvəldən vahid son söz hazırlayıblar və Rəşadət Axundov onların hamısının adından çıxış edib.
Məhkəmədə mayın 6-na qədər fasilə elan olunub. Mayın 6-da gənclərə hökm oxunacağı gözlənilir.
***
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı üzvlərinin məhkəməsi üzrə növbəti proses başlayıb. Bu prosesdə gənclər son söz deməlidirlər.
Məhkəmə binasının qarşısına çoxlu sayda ictimai fəallar və siyasilər toplaşıb. Polislər onları binanın qarşısındakı bağa sıxışdırıb. Bu zaman gərginlik yaranıb və polis bir neçə nəfəri saxlayıb. Saxlanılanların Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə aparıldığı deyilir.