“Rusiyaya qarşı sanksiyalar Avropa sərhədlərinin toxunulmazlığı prinsipinin pozulmasının nəticəsidir”. Bu sözləri ABŞ vitse prezidenti Bayden Vaşinqtonda keçirilən Atlantik Şuranın toplantısında çıxışı zamanı deyib. Onun fikrincə, Rusiyanın etdikləri nəinki Ukraynanın suverenliyinin, eyni zamanda Avropanın sərhədlərinin siyasi təzyiq və ya güc yolu ilə dəyişdirilməsinin qəbul edilməzliyi prinsipini pozur. Bayden hesab edir ki, Ukraynadakı böhranın NATO-nun genişlənməsilə heç bir əlaqəsi yoxdur.