AXCP üzvlərinin təqib olunması davam edir. Axşam saatlarında AXCP üzvü Fuad Əhmədlinin polis tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Hazırda onun telefonu söndürülüb. Onun hansı polis bölməsində olması barədə məlumat yoxdu.
AXCP Gənclər Komitəsinin üzvü Taleh Səmədov da saxlanılıb. Hazırda Nəsimi Rayon Polis İdarəsində olan gənc fəalla bağlı protokol tərtib olunub.
AXCP Nizami rayon şöbəsinin üzvü Füzuli Ovçuyev isə polis tərəfindən izlənildiyini deyib.
azadlıq.info