İsveçrə hökuməti İsveçrə banklarında Ukraynanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti Viktor Yanukoviçlə bağlılığı olan hesabların dondurulması ilə bağlı göstəriş verəcəyini bəyan edib.
Bir qədər əvvəl isə ölkənin yeni ba naziri Arseni Yetsenyuk Yanukoviç hökumətini dövlət büdcəsini talamaqda ittiham edib. O bildirib ki, Ukraynanın 37 mlrd dollar krediti yoxa çıxıb.
Bu arada isə məlum olub ki, Ukraynanın 2013-cü ilin sona olan xarici borcu 140 milyard dollara və ya ümumdaxili məhsulun 80 faizinə çatıb. Bu borcun 65 faizi qısamüddətlidir.
azadlıq.info