“Azadlıqdan tiranlığa” kitabını çap edən nəşriyyat da xüsusi mükafat alıb
Martın 6-da Ankara Yeniməhəllə Bələdiyyəsinin 1 nömrəli İclas salonunda düzənlənən “Mükafat təqdimatı” törənində Türkiyə Cümhuriyyətinin təməl dəyərləri ilə türk millətinin maddi və mənəvi dəyərlərinin inkişafı istiqamətində xidməti olanlara “Oğuz boyu Kültür Federasiyası” tərəfindən “Şərəf ordeni” verilib.
Mərasimdə 150 nəfərə qədər dərnək, vəqf, qəzet, televiziya, elm və siyasət adamı iştirak edib.
Professorlar Necati Dəmir, Cəmaləddin Taşkıran, Nadim Məcid və “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ər “Şərəf ordeni”nə layiq görülüblər.
Törəndə “Sarqaç Yayınları” nəşriyyatı da xüsusi mükafata layiq görülüb.
Xəbər xidməti