Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılıb
Misir prezidenti Məhəmməd Mursinin hakimiyyəti əlindən alındı. Onun yerinə müvəqqəti olaraq Ali Konstitusiya Məhkməsinin başçısı hökumət başçısı təyin edilib. Bu barədə ANS PRESS “İTAR-TASS”a istinadən məlumat verir.
Misir ordusu artıq Musrinin prezident olmadığı ilə bağlı rəsmi bəyanat yayıb. Onlar Mursini könüllü olaraq istefa verməyə razı saldıqdan sonra belə qərar veriblər.