İsrail yahudilərin əsas yaşayış mərkəzinə çevrilir. Bu ölkədə yahudilərin sayı Amerikada yaşayan yahudilərin sayından artıqdır. Bu barədə məlumatı İsrail Statistika Komitəsi yayıb. İsrailin əhalisi 8 milyonu keçib. Onlardan 6 milyonu yahudi, 1,6 milyonu ərəbdi. Amerikada yaşayaş yahudilərin sayı 5,5 milyon, Fransada – 500 min, Böyük Britaniyada – 290 mindir. Holokosta qədər dünyada 18 milyon yahudi olub. Hazırda isə araşdırmaçılar dünyada yahudilərin sayının 13,8 milyon nəfər olduğunu ehtimal edir.