Bakıda yerləşən “Binə” və “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən dükan sahiblərinə “karqo” xidmətlərində artımla bağlı xəbərdarlıq edilib.
Bu haqda “Azadlıq”a həmin ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, bu gün səhər, Türkiyədən “Tır”larla mal gətirən “karqo”çular ödənişin 2 dəfə artırıldığı haqda dükan sahiblərini məlumatlndırıblar. Belə ki, bugünə kimi 1 kq paltara 2,5 dollar ödəyən sahibkarlar, bundan sora, 5 dollar ödəməli olacaqlar. Hər kub mala görə 500 dollar ödəniş edən sahibkarlar isə bundan sonra eyni yükə görə 1000 dollar ödəməli olacaqlar.
Bu, hələlik Türkiyədən daşınan yüklərlə bağlı qərardır. Yaxn zamanlarda Çindən gələn yüklərdə də qiymət artımı olacaq. Sahibkarlar artıq bu haqda xəbərdarlıq aldıqlarını bildirirlər.