Kanadanın İnkas Armored Vehicle Manufacturing şirkəti Azərbaycan Daxili İşlər Nazirliyi ilə piyadaların zirehli maşınlarının ( zirehli transportyorlar, Armored Personnel Carriers – APC) tədarükünə dair müqavilə imzalayıb. “Artıq bir neçə maşın Azərbaycana gətirilib”, – şirkətdən bildiriblər. O cümlədən, INKAS idxalçının ərazisində APC buraxılışı üzrə birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıb. IMKAS-ın marketinq və inkişaf üzrə vitse-prezidenti Roman Şimonovun sözlərinə görə, şirkəti xarici işlər departamentinin (Global Affairs Canada) bütün zəruri prosdurlarından keçib və xaricə hərbi avadanlığın tədarükü üçün hökumətin razılığını əldə edib.
Onun sözlərinə görə, INKAS məhz “hərbi” maşınlar buraxmır. “İstehsalımız xüsusilə hərbiləşdirilmiş (hərbi deyil) avadanlıq və hüquq-mühafizə orqanları üçün avtomobillərin yığılmasına yönəlib”, – R.Şimonov bildirib.