Amerikanın Wisconsin ştatındakı şirkət öz işçilərinə mikroçip yeridən ilk ABŞ şirkəti olub.
Three Square Market şirkəti kiçicik radio-tezlik identifikasiyası (RTİD) çipinin ələ yeridilməsini təklif edir.
Şirkət bu əməliyyatın tezliklə geniş yayılacağına inanır.
Düyü dənəciyi ölçüsündə olan elektron ötürücü qurğunun qiyməti $300 dollardır.
Onun vasitəsilə qapı açmaq, kompüter sisteminə daxil olmaq və ödəniş etmək mümkündür.
Hazırda şirkətin 85 işçisindən 50-si “canlı kredit” kartı olmağa razılıq verib. (BBC Azərbaycanca)