İngiltərə Baş naziri Tereza Mey, çoxsaylı insan təlafatı ilə nəticələn bina yanğınına görə zərərçəkənlərdən üzr istəyib.
O, həyatını itirənlərənlərin yaxınlarına diqqətsizliyə görə mətbuat və ictimaiyyət tərəfindən ciddi tənqid olunmuşdu.
Baş nazir parlamentdə çıxışı zamanı bu işdə dövlətin lazım olan səyi göstərmədiyini bildirib: “Yerli və mərkəzi hökumət insanlara kömək etməliydi. Baş nazir olaraq bu müvəffəqiyyətsizliyə görə üzr istəyirəm”,- deyə bildirib.
Xatırladaq ki, Londonun Kensington bölgəsində 24 mərtəbəli Grenfell Tower binasının yanması nəticəsində 79 adam həyatını itirib.
azadliq.info