İspan elm adamlarının araşdırmasına görə, insanların tutulduğu xəstəliklərdə doğulduğu aylar da əhəmiyyətli rol oynayır.
Alicante Universitetinin mütəxəssisləri təxminən 30 min adamın üzərində apardıqları araşdırmadan sonra bu nəticəyə gəliblər. Mütəxəssislərə görə, mövsüm dəyişikliklərindən təsirlənən ultrabənövşəyi şüalar körpələrin ana qarınındakı inkişafına təsir edir.
Məsələn, sentyabr ayında doğulan kişilər, yanvar ayında doğulan həmcinslərinə görə 3 dəfə çox tiroit problemləriylə qarşılaşırlar. Avqustda doğulan oğlan uşaqları isə ilin ilk aylarında doğulanlara görə 2 dəfə çox astma xəstəsi olma riski daşıyırlar.
Elm adamlarının topladıqları məlumatlar əsasında tərtib etdikləri cədvəli təqdim edirik:
Fevral
Kişilərdə: Tiroit, ürək və oynaq narahatlıqları
Qadınlarda: Oynaq rahatszılıqları, tiroit, qan laxtalanması
Mart
Kişilərdə: Katarakt, ürək narahatlıqları, astma
Qadınlarda: Oynaq iltihabı romatizm, qəbizlik
Aprel
Kişilərdə: Astma, sümük əriməsi, tiroit
Qadınlarda: Sümük əriməsi, şiş, bronxit
May
Kişilərdə: Depressiya, astma, diabet
Qadınlarda: Xroniki allergiya, qəbizlik
İyun
Kişilərdə: Ürək narahatlıqları, katarakt, xroniki bronxit
Qadınlarda: Sidiyini tuta bilməmə, oynaq iltihabı, romatizm
İyul
Kişilərdə: Oynaq iltihabı, astma, şiş
Qadınlarda: Xroniki boyun ağrısı, astma, şiş
Avqust
Kişilərdə: Astma, sümük əriməsi, tiroit
Qadınlarda: Qan laxtalanması, oynaq iltihabı, romatizm
Sentyabr
Kişilərdə: Astma, sümük əriməsi, şiş
Qadınlarda: Sümük əriməsi, tiroid, pis xassəli şiş
Oktyabr
Kişilərdə: Tiroit, sümük əriməsi, miqren
Qadınlarda: Yüksel kolestrol, sümük əriməsi, qan azlığı
Noyabr
Kişilərdə: Xroniki dəri narahatlıqları, ürək narahatlıqları, tiroit
Qadınlarda: Qəbizlik, infarkt, Damar genişlənməsi
Dekabr
Kişilərdə: Katarakt, depressiya, ürək narahatlıqları
Qadınlarda: Xroniki bronxit, astma, qan laxtalanması
azadliq.info