Suriya münaqişəsinin nizamlanması üzrə Astana danışıqlarının iyunun 12-13-nə təyin olunan növbəti raundu təxirə salınıb.
Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya, Türkiyə və İran işgüzar görüşləri ekspertlərin iştirakı ilə öz ölkələrində keçirəcəklər. Və nəticələr barədə Qazaxıstan tərəfini məlumatlandıracaqlar.
Gələn həftə keçirilməsi nəzərdə tutulan danışıqlarda Rusiya, Türkiyə, İranla yanaşı, Suriya hökumətinin və silahlı müxalifətinin təmsilçiləri iştirak edəcəkdi. İordaniya, ABŞ və BMT isə görüşə müşahidəçi statusunda qatılacaqdı.
Gültəkin