Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, dünən ölkə yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər vəfat edib. Samux və Sumqayıtda isə piyadalar yol qəzasının qurbanı olub.