Səudiyyə Ərəbistanı internetə video yüklədiyi üçün ateistə ölüm cəzası verib. Videoda o, İslamı və Məhəmməd peyğəmbəri tanımadığını deyir.
Videonu çəkib yayan Əhməd Əl-Şəmri 20-li yaşlardadır. Uzun apellyasiya prosesindən sonra, ölkənin Ali Məhkəməsi onun əleyhinə qərar çıxararaq ölüm cəzası təyin edib.
Məhkəmə prosesində Əl-Şəmrinin vəkili deyib ki, o, narkotik və alkoqolun təsiri altında olub, buna görə də texniki olaraq o, dəli hesab olunmalıdır.
Səudiyyə höküməti ilk dəfə onu 2014-cü ildə kişi ilə qadının rəqsini internetə yüklədiyi üçün saxlayıb. Bu zaman o, ateizm və küfr ittihamları ilə üzləşmişdi.
Krallığın sərt qanunları İslama arxa çevirənlərə qarşı sərt cəzalar təklif edir.
İlkin