Fransada 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatları üçün ərizələrin qəbulu prosesinin necə keçdiyi araşdırılır. Bu işlə bağlı FİFA-nın keçmiş prezidenti Yozef Blatter dindirilir.
Fransanın Le Monde nəşrinin yazdığına görə, prokurorlar araşdırmanın gedişatında FİFA-nın dünya çempionatının bu ölkələrdə keçirilməsi ilə bağlı qəbul etdiyi qərarlarda korrupsiya əlamətlərinin olubolmadığını müəyyən etməlidir.
Məlumata görə, Blatter ötən həftə İsveçrədə izahat verib.
DÇ-2018-nin təşkilat komitəsindən bildirilib ki, Fransa prokurorluğunun araşdırması barədə məlumatlı deyillər.
Fizzə