Rusiya polisi Moskva “Sberbank”ının iki qadın əməkdaşını dələduzluqda şübhəli bilərək saxlayıb.
Bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Məlumata görə, polis Məryəm və Tamilla Dadaşova bacılarını Moskvada lüks avtomobil salonlarından birində saxlayıb. Onlar 7 milyon rublluq “Ferrari”ni sənədləşdirirmişlər.
Qeyd olunur ki, bacılar “Sberbank”ın əməkdaşları olublar və kiçik biznesə xidmət sektoruna baxıblar. Hüquqi şəxslərin hesablarına çıxışları olan Dadaşova bacıları, avtomobilin alışından bir neçə gün öncə 40 milyon rublluq vəsaitin nağdlaşdırılması üzrə əməliyyat keçiriblər.
Bəzi məlumatlara görə, bacılar 4 milyard rubl əldə etməyə çalışıblar və onlara cinayət işi açılıb. Hələlik, Dadaşova bacılarının, yaxud vəkillərinin bu ittihama münasibəti bəlli deyil.