Türkiyənin Xarici İşlər Nazirliyi PYD / PKK bölgəsindən açılan atəşlə bir əsgərin şəhid olması üzərinə Rusiyanın səfirlik nümayəndəsinin nazirliyə dəvət edildiyini bildirib. Ona çatdırılıb ki, bunun təkrarlanması halında Türkiyə ona artıqlaması ilə cavab verəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü Müftüoğlu “Oradakı (Rusiyadakı PYD ofisi) ofisin bağlanması məsələsində Rusiyadan addım atmasını gözləyirik” deyib.
Müftüoğlu deyib: “Bu hadisədən dərhal sonra dünən Rusiya səfirliyinin nümayəndəsi nazirliyə dəvət edildi. Ona əvvəlcə bu hadisədən ciddi narahatlığımızı çatdırdıq. Bundan sonra bənzər hadisələrin yaşanması halında, buna (terror təşkilatına) misliylə cavab ediləcəyi bildirildi . YPG-PYD nəzarətində olduğu deyilən bir bölgədən Türkiyəyə istiqamətlənmiş bir hücumdan söz gedir. Ancaq Rusiya ilə əldə olunan razılaşma çərçivəsində bu bölgədəki baş verən pozuntulardan Rusiya məsul olduğu üçün səfirlik nümayəndəsi çağırılmış və məsələ onun diqqətinə çatdırılmışdır. ”
Səfirlik nümayəndəsinə Rusiyanın və digər müttəfiqlərin Türkiyənin həssaslıqlarının hörmət etməsinin önəmi, rus əsgərlərinin YPG-lilərlə çəkdirdiyi fotoşəkillərin xoş olmadığı vurğulanıb.
Mediada çıxan həmin fotoşəkillərdə rus əsgərlərinin Hələbdə Novruz şənliklərinə qatılaraq, əllərində PKK terror təşkilatının Suriya qolu olan YPG simvolları ilə poz verməsi, hətta bölgədəki rus qoşunlarının komandiri olduğu deyilən bir generalın qoluna YPG gerbi taxması diqqət çəkmişdi.
azadliq.info