İtalyan məclisi bu dövrdə partiya dəyişdirmələri ilə davamlı olaraq gündəmdədir. Millət vəkilləri o qədər tez-tez partiya dəyişdirməyə başladı ki, bu vəziyyət ölkədə artıq adi bir hal aldı.
630 yerlik İtalyan Məclisində bu dövrdə 181 millət vəkili partiya dəyişdirib. Bəzi millət vəkilləri birdən çox partiya dəyişdirib. 2013-cü ildə keçirilən seçkilərdən sonra millət vəkilləri 255 dəfə partiyalarından istefa edib başqa partiyalara keçiblər. Dörd dəfə partiya dəyişdirənlər belə olub.
İstefa rekordunu dörd dəfəylə üç millət vəkili saxlayır. Stefano Quintarelli, İvan Catalano və Adriano Zaccagnini dörd dəfə partiya dəyişdirib.
İtalyan Sol Partiya SI-SEL, bu dövrdə 32 millət vəkili itirib. İqtidardakı Sosial Demokrat partiya PD 24 millət vəkili qazanarkən, 34 millət vəkilini itirdi.
azadliq.info