İngiltərənin Baş naziri Tereza Mey Brexit müddətinin 29 martda başlayacağını bildirib.
Meyin sözçüsü İngiltərənin Avropa Birliyindən (AB) çıxma niyyətini rəsmən başladacaq maddənin tətbiq planlarını AB Şurasının sədri Donald Tuskın ofisi ilə paylaşdığını açıqlayıb.
Açıqlamada Baş nazir Meyin AB üzvü olan 27 ölkəyə Brexit müzakirələrinin ən qısa müddətdə başlaması haqqında bir məktub yazacağı da vurğulanıb.
İngiltərənin 50-ci maddənin(Lissabon sazişinin 50-ci maddəsi) rəsmən tətbiqindən əvvəl ayrılma şərtləri və gələcək əlaqələrin necə formalaşdırılması məsələləri müzakirə edilə bilmir. Hər şey təqvimə uyğun şəkildə gedərsə, müzakirələrin iki il davam etməsi və İngiltərənin 2019-cu ilin 29 martında birlikdən çıxması gözlənilir.
azadliq.info