Almaniyanın Maliyyə naziri Volfgang Schaeuble Türkiyə ilə iqtisadi yardım məsələsində işə davam etməyin çətin olduğunu deyib.
Schaeuble alman ZDF televiziyasında türk nazirlərin Avropa Birliyi ölkələrində kampaniya aparması və türk əslli alman jurnalist Deniz Yücelin həbsi ilə bağlı fikirlərini bildirib.
Alman nazir “bu şərtlər daxilində işə davam etmək son dərəcə çətindir” ifadəsini işlədib. Schaeuble “şişirtmək istəmirik, alman hökumətində hər kəs bu məsələdə həmfikir, biz yalnız Türkiyənin məntiqli düşünməsini istəyirik” deyib.
Məlumdur ki, Türkiyə Avropa Birliyinə namizəd ölkə olaraq hər il AB büdcəsindən müəyyən miqdarda vəsait alır. 2014-2020-ci illər arasında Türkiyəyə təxminən 4.5 milyard avro (18 milyard TL) vəsait köçürülməsi planlaşdırılırdı.
Digər tərəfdən Almaniyanın Daxili İşlər naziri Tomas de Maiziere türk nazirlərin Almaniyada siyasi kampaniya aparmasına qarşı olduğunu açıqlayıb.
azadliq.info