Hollandiya tərəfindən “arzuolunmaz adam” elan edilən Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Qayanın Şengen ölkələrinə daxil ola bilməyəcəyi məsələsi də irəli sürülüb. Qayanın deportasiya edilməsi NATO müttəfiqi bir ölkə üçün ağır qərar olaraq qiymətləndirilir.
BBC- Türkcənin xəbərinə görə, nazir Fatma Qaya Hollandiyanın “arzuolunmaz adam” elan edilməsinə görə, Şengen razılaşmasına daxil digər Avropa Birliyi ölkələrinə də girə bilməyəcək. Qaya yenidən Hollandiyaya gəlməsi halında altı ay həbs cəzası alacaq və yenidən deportasiya ediləcək. Hollandiya “arzuolunmaz adam” qərarını, əsasən, ancaq hüquqi olaraq ölkədə oturma haqqı olmayan və təhlükəsizliyi təhdid edən xarici şəxslər üçün tətbiq edir.
Ölkədən xarici edilən kəslərin Hollandiya və ya digər Şengen ölkələrinə ən çox 10 illik bir müddət ərzində girməsinə icazə verilmir. Ciddi təhdid meydana gətirən günahkarlar üçün bu müddət 10 ilin üzərinə çıxa bilir.
Holandiya Təhlükəsizlik və Ədliyyə nazirinin bu cəzanı bağışlayaraq, “arzuolunmaz adam” qərarına son vermə səlahiyyəti var. Başqa bir tərəfdən də, Fatma Qayanın Hollandiyanın bu qərarına etiraz etmək haqqı da tanınır.
azadliq.info