«Ukraynadakı münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsi üçün beynəlxalq aləm Rusiyaya təzyiqləri davam etdirməlidir».
Bunu NATO baş katibi Yens Stoltonberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib bildirib ki, hazırkı vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaların saxlanılması olduqca vacibdir.
Yens Stoltenberq həmçinin üzv ölkələri Minsk sazişinin icrası üçün səylərini ortaya qoymağa çağırıb.
O, «normand formatı» çərçivəsində bu yaxınlarda keçirilən görüşün nəticəsiz qalmasından təəssüf etdiyini də bildirib.
Gültəkin