Bakıda 300 min manatlıq obyekti dələduzluq yolu mənimsəməkdə təqsirləndirilən Reyhan Hüseynova, Kəmalə Rüstəmova, Ceyran Rüstəmova və Yaşar Rəsulovu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Ceyran Rüstəmova və Reyhan Hüseynovanın hər biri 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər. Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanır və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub. Həmin şəxslər Suraxanı polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.