İran ordusu geniş miqyaslı səhra təlimlərinə başlayıb. Dövlət televiziyasının verdiyi xəbərə görə, quruda keçirilən hərbi əməliyyatlara hərbi-hava qüvvələri də dəstək verib. Düşmən hərəkətlərini yaxından izlədiklərini bildirən general Purdistan İran ordusunun istənilən şərtlərdə döyüş aparmağa hazır olduğunu bildirib. Təlimlər 3 gün davam edəcək.
İran tərəfi Ommanla birlikdə dəniz təlimlərinə də başlayacağını bildirib. Təlimlər xilasetmə məqsədilə aparılacaq.
Bu arada Türkiyə İrandan ixrac etdiyi neftin miqdarını azaldıb. Rəsmi Ankara mart ayı ilə müqayisədə apreldə İrandan aldığı neft 100 min barrel azdır. Türkiyə martda İrandan aldığı nefti 20% azaldacağını bildirmişdi.
azadliq.info