Bu gecə Bakının mərkəzində restoranlardan birində yanğın olub. FHN-in saytında yerləşdirilən məlumata görə, Nəsimi rayonu Xaqani küçəsi 42 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, “Trıntrava” restoranının zirzəmisində gizli yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri cəlb olunub, yanğın söndürülüb.