AXCP Ali Məclisinin üzvü, AXCP Sabirabad şöbəsinin veteranı və fəal üzvü Sahib Rüstəmlinin 60 yaşı tamam olur.
AXCP Sabirabad şöbəsi Sahib Rüstəmli kimi ömrünün yarısını Vətənin müstəqilliyi və azadlığına sərf etmiş bir cəbhəçi yetişdirməsindən qürur duyur. Sahib bəy hətta könüllü olaraq Birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. O, bu gün də özünə və ailə üzvlərinə olan böyük təhdid və təzyiqlərlə üz-üzə olmasına baxmayaraq tutduğu haqq yolundan bir addım da geri çəkilməyib. Daim mübarizənin önündə olmaqla gənc fəallara örnəkdir.
AXCP Sabirabad şöbəsi Sahib bəy Rüstəmliyə uzun, mənalı ömür, can sağlığı və Azad Azərbaycan arzulayır.
Var ol, Bəy!