ABŞ İranın nüvə fəaliyyətindən dolayı bu ölkəyə və onun ayrı-ayrı qurumlarını hədəf alan növbəti sanskiyalar paketi haqda qərar qəbul edib. Vaşinqtonun yeni qadağaları 4 iranlı şirkəti hədəf alıb. ABŞ Maliyyə Nazirliyindən yayılan açıqlamada deyilir ki, qanunsuz fəaliyyət göstərən və beynəlxalq sanksiyalara əməl etməyən “Iran Maritime Industrial Company”, “Deep Offshore Technology”, “Malship Shipping Agency” və “Modality Limited” sanksiya siyahısına əlavə edilib.
Sənəddə o da vurğulanır ki, İranda və Venesuelada ofisi olan “Iran Maritime Industrial Company” və “Deep Offshore Technology” şirkətləri İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzarətindədir:“Dövlət gəmiçilik şirkətlərinə bağlı olan “Malship Shipping Agency” və “Modality Limited” nəqliyyat şirkətləri isə hərbi yük daşınmasında önəmli rol oynayır. Biz bundan sonra da İrana, xüsusilə də “Sepah”a qarşı qərarlar qəbul edəcəyik. “Sepah” İranın nüvə proqramının həyata keçirilməsində mühüm rol oynayan və terrorizmə dəstək verən qurumdur”.
azadliq.info