Suriyanın ikinci böyük şəhəri və Bəşər Əsəd rejimi üçün strateji əhəmiyyat daşıyan Hələbdə hökumət qüvvələri ilə üsyançı əsgərlər arasında şiddətli döyüşlər davam edir. Müxalif hərbçilərin Bəşər Əsədin əmrindəki ordunun 2 polkovnikini öldürdüyü barədə xəbərlər yayılıb. Rəsmi xəbər agentliyi SƏNA üsyançıların hücumu zamanı is yerlərinə gedən polkovniklər Əbdülkərim əl Rayi və Fuad Şaban öldürüldüyünü bildirib.
azadliq.info