OPEC üzvləri və qrupa daxil olmayan istehsalçılar, bu ayın 17-də Qətərin paytaxtı Dohada toplaşaraq istehsal miqdarının dondurulmasını müzakirə edəcəklər.
“Marja” xəbər verir ki, analitik Ole Hansen-ə görə, bəzi iştirakçıların hazırda rekord səviyyədə neft hasil etməsi, razılıq çıxması vəziyyətdə belə qiymətlər üzərində məhdud bir təsiri olacaqdır.
Hansen, ABŞ -da şist neftinin hasilatının neft qiymətlərinə daha çox təsirinin olduğunu deyib.
Qısası, ABŞ-da şist nefti istehsalı neftin qiymətlərinin çox artmasına imkan verməyəcəkdir.