Türkiyənin Milliyyətçi Hərəkat Partiyası qurultaya gedir. Bu gün Ankara 12 Sülh Hüquq Məhkəməsi MHP-li müxaliflərin fövqəladə qurultay tələbini qəbul edib.
Meral Akşener, Koray Aydın və Sinan Oğan partiyanın fövqəladə qurultaya getməsi üçün yığdıqları 543 imzanı əvvəlcə MHP Ümumi Mərkəzinə təhvil versələr də, partiya rəhbərliyi müxaliflərin iddiasını cavabsız qoymuşdu. Bundan sonra 5 fevral tarixində hər üç şəxs toplanan imzaları məhkəməyə təqdim etmişdilər.
Qurultayın toplanması üçün üç nəfərdən ibarət çağrı heyəti formalaşdırılıb.
Fövqəladə qurultayın may ayının ilk iki fəftəsində keçirilməsi nəzərdə tutulur. MHP-nin hazırkı nizamnaməsi fövqəladə qurultayda başqan seçilməsinə imkan vermir. Buna görə də ilkin qurultayda partiya nizamnaməsinin dəyişdirilməsi nəzərdə tutulur. Yalnız bundan sonra yeni qurultay təyin oluna və MHP başqanlığı uğrunda mübarizə başlaya bilər.
Aydın Taş