Aprelin 1-2-də erməni silahlı birləşmələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində cəbhə bölgəsində yaranan vəziyyəti Türkiyə və Azərbaycan prezidentləri telefon vasitəsilə müzakirə ediblər.
Məlumata görə, Əliyev Ərdoğana təmas xəttindəki növbəti erməni təxribatı barədə məlumat verib və Azərbaycan Silahlı Qüvvələri hücumu dəf etdiyini, qarşı tərəfə lazımi cavabın verildiyini deyib.
Ərdoğan isə Azərbaycana bu hadisədə dəstək və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.