Roma Papası Francis-in avtomobillərindən biri internetdə keçirlmiş hərracda 300 min dollara satılıb.
Ötən il Roma Papası ABŞ-da səfərdə olarkən həmin avtomobildən istifadə etmişdi.
Hərracın martın 17-də açılışında ilk təklif cəmi 10,5 min dollar olsada, sonradan qiymət təklifi sürətlə artmağa başlayıb.
Nəticədə qara rəngli Fiat markalı avtomobilin Lounge modelinin son hərrac qiyməti standart 24 min dollar qiymətini 12 dəfədən də çox üstələyib.
Papanın avtomobilini maşın və motosiklet kolleksiyasıçısı Miles Nadal alıb.
Xəbər verildiyinə görə, avtomobilin satışından hərracda əldə edilmiş pullar Nyu York ştatında katolik məktəblərə və xeyriyyə ehtiyaclarına sərf olunacaq.
Charitybuzz saytı demək Roma Papasının avtomobilini ilkin olaraq 82 min dollara dəyərləndirmişdi.
Pontifiki Filadelfiya ştatında gəzdirən Fiat markalı digər bir maşın yanvar ayında keçirilmiş hərracda məhz həmin qiymətə satılmışdı. (BBC azeri)