Türkiyənin PKK-ya qarşı hava hücumları cavabsız qalmır. Az qala, hər gün Türkiyənin ayrı-ayrı bölgələrində PKK üzvləri türk polis və əsgərlərinə hücum edirlər. Bu gün Ağrı bölgəsində növbəti belə insident yaşanıb. Bir qrup PKK-çı yerli əsgərlərə atəş açıb. Nəticədə 3 türk əsgəri yaralanıb ki, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Vəziyyəti ağır olan əsgər vertolyotla Ərzuruma aparılıb. Digər yaralılar isə Ağrıdakı xəstəxanaya yerləşdirilib. Müdafiə Nazirliyi bölgəyə əlavə qüvvə göndərib.
Gültəkin