UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizəd olduğunu rəsmən açıqlayıb. Platini bununla bağlı FİFA üzvü olan 209 ölkənin futbol federasiyalarına məktub göndərib. Platini bildirib ki, bu qərar üzərində diqqətlə düşünüb və sonda futbolun gələcəyinin öz gələcəyindən daha vacib olduğu qərarına gəlib.
FİFA prezidentliyinə seçkilər gələn ilin fevralında keçiriləcək. O vaxta qədər federasiyaya Zepp Blatter rəhbərlik edəcək.
Gültəkin