Legioner həyatı yaşayan türkiyəli futbolçunun meneceri onun "Atletico Madrid'dən ayrılacağını daha öncə açıqlamışdı."Barselona" klubuna yaxın olan "Mundo Deportivo" qəzetinin redaktoru Cordula Reinhardt isə bildirib ki, Arda çox yüksək məbləğ qarşılığında "Barselona"ya transfer olacaq.Burda da müəyyən nüanslar var. Belə ki, "Barselona" 18 iyul tarixində yeni prezidentini seçəcək, yalnız bundan sonra bu keçid resmiləşə bilər. Digər tərəfdən "Barselona" klubu əvvəlki illərdə etdiyi transferlərdə yol verdiyi pozuntulara görə UEFA tərəfindən 2 transfer pəncərəsi müddətinə cəzalandılıb və bu cəza 2016-cı ilin əvvəlində bitir. Əgər Arda "Barselona"ya transfer olunsa, o müddətə qədər əsas heyətlə matçlara çıxa bilməyəcək. Bu 6 aylıq müddəti onu yetişdirən klub- "Galatasaray"da icarə əsasında keçirəcəyi iddialarını Reinhardt bu sözlərlə təkzib edib: "Barsa"nın baş məşqçisi Luis Enrique Martines,Ardanın komanda ilə məşqlərə çıxıb kluba alışmağını istəyir və cəza bitən kimi ondan yararlanmağı planlaşdırır".
Sabir