Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Nuru Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, sürətlə hərəkət edən “KamAZ” markalı yük kranı 4 avtomobillə toqquşub.
Onun sözlərinə görə, yük kranı iki “Mercedes” markalı minik maşını ilə tooquşub. Daha sonra “Toyota” markalı minik maşınına və kənarda dayanmış sərnişin avtobusuna girib.
Qəza nəticəsində 4 nəfərin xəsarət aldığını bildirilir. Onlar xəstəxanaya yerləşdiriliblər.
***
Bakıda ağır yol qəzası baş verib.
Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında baş verib.
Belə ki, “KamAZ” markalı yük maşını ərazidə olan krana girib. Nəticədə kran maşınların üzərinə aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.
İlkin ehtimala görə, qəzaya səbəb sürətlə hərəkət edən “KamAZ” markalı yük maşının əyləc sisteminin işləməmisidir.
Hazırda hadisə yerində araşdırma aparılır.