Sumqayıt Dövlət Universitetində yeni fəaliyyətə başlayan Ritorika Universal Klubu “I Qladiator Debatları Kolizeyi” layihəsinin tanıtımı və ilk təlimlərini keçirib. Klub hər həftə tələbələri maraqlandıran mövzularda tədbir və seminarlar təşkil edir.
Təlimi “Qladiator Debatları”nın konstruktoru Həbib Heydər keçib. SDU-nun 60-a qədər tələbəsinin iştirak etdiyi ilk təlimdə debat nəzəriyyəsi, onu praktik həyatda tətbiqi sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri barədə danışılıb.
Təlimlər bitdikdən sonra dekabr ayında SDU tarixində ilk dəfə olaraq tələbələrarası debat çempionatı təşkil ediləcək. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və bu kimi vacib keyfiyyətlərinin praktik olaraq təkmilləşdirilməsinə və universitetdə tələbə aktivliyini daha da qabartmağa istiqamətlənib.
Samir Aslan