“Bu hadisəni heç kim bilmir”
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı “Koroğlu” dastanı ilə bağlı maraqlı faktı üzə çıxarıb. Professor Modern.az saytına müsahibə zamanı bildirib ki, hələ 1907-1912-ci illərdə uzaq Amerikada “Koroğlu” dastanı ilə tanış olaraq, ona musiqi bəstələyiblər:
““Koroğlunun Amerika səfəri adlı” yazı üzərində işləyirəm. “Koroğlunu Amerikada necə tanıyıblar” sualına burada cavab tapmaq olar. Fantastik şeylər tapmışam. Amerikan bəstəkarları “Koroğlu”ya musiqi bəstələyiblər. Notlar da əlimdədir. Amma hansı Amerika bəstəkarı olduğunu deməyəcəyəm. Çünki hazırda o barədə özüm yazı hazırlayıram. Yazıda hamısı haqqında məlumat olacaq. Bu faktı heç kim bilmir. 1907-1912- cil ilərdə bu hadisə baş verib”.